Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində indiyə qədər həlak olan ukraynalı uşaqların sayı 469-a çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu "Telegram" kanalında məlumat verib.
Bildirilib ki, 2022-ci ilin fevralın 24-dən indiyədək Rusiyanın hücumları zamanı 469 uşaq həyatını itirib, 948 uşaq isə yaralanıb.
Baş Prokurorluq əlavə edib ki, bu məlumatlar yekun xarakter daşımır, çünki aktiv hərbi əməliyyatlar davam edən yerlərdə, müvəqqəti ələ keçirilən və azad edilmiş ərazilərdə işlər davam edir.
















