• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bayden Yaponiyanın Baş naziri ilə görüşəcək

DÜNYA

15 May 2023 | 08:33 | Müəllif: Qalib İbrahimoğlu

Bayden Yaponiyanın Baş naziri ilə görüşəcək

ABŞ Prezidenti Cozef Bayden cümə axşamı Yaponiyanın Baş naziri Fumio Kisida ilə görüşəcək.

Bakıvaxtı.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumat Ağ Evin mətbuat xidmətinin yaydığı qrafikdə əksini tapıb.

Xatırladaq ki, mayın 19-dan 21-dək Yaponiyanın Xirosima şəhərində G7 qrupunun sammiti keçiriləcək.

Bayden jurnalistlərə ABŞ-ın defolt təhlükəsi və borc limitinin artırılması ilə bağlı qanunvericilərlə məsləhətləşmənin zəruriliyinə baxmayaraq, G7 sammitinə getmək niyyətində olduğunu bildirib. ABŞ Prezidenti qanunvericilərlə danışıqların uğurlu olacağına əminliyini ifadə edib: “Mən həqiqətən düşünürəm ki, həm onların, həm də bizim tərəfimizdə razılıq əldə etmək istəyi var. Zənnimcə, biz bunu edə bilərik”. Onun sözlərinə görə, məsləhətləşmələrin növbəti raundu yəqin ki, mayın 16-da olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR