İndoneziyanın Şərqi Yava əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəz (EMSC) məlumat yayıb.
Zəlzələ Cember şəhərindən 266 kilometr cənubda baş verib. Dağıntılar barədə məlumat yoxdur.
















