• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əfqanıstanda qadın parlamentari güllələndi

DÜNYA

15 Yanvar 2023 | 20:29 | Müəllif: Subhan Mahmudov

Əfqanıstanda qadın parlamentari güllələndi

Keçmiş qadın deputat Mürsəl Nəbizadə və onun mühafizəçisi paytaxt Kabildəki evində naməlum şəxslər tərəfindən güllələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əfqanıstan polisi məlumat yayıb.

"Nəbizadə və onun mühafizəçisi saat 3 radələrində eyni otaqda güllələnib.

Hadisə zamanı onun qardaşı və ikinci mühafizəçisi də yaralanıb. Üçüncü mühafizəçi isə pul və qızıl-zinət əşyalarını götürərək hadisə yerindən qaçıb",- məlumatda deyilir.

Qeyd edək ki, Nəbizadə Taliban 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirdikdən sonra Kabildə qalan azsaylı qadın parlamentarilərdən biri idi. O, Parlamentin Müdafiə Komissiyasının üzvü olub və özəl qeyri-hökumət qrupunda, İnsan Resurslarının İnkişafı və Tədqiqatı İnstitutunda işləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026