• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hərbi hissədə partlayış: ölənlər və yaralananlar var

DÜNYA

15 Yanvar 2023 | 17:28 | Müəllif: Subhan Mahmudov

Hərbi hissədə partlayış: ölənlər və yaralananlar var

Rusiyanın Belqorod vilayətində hərbi hissədə partlayış olub, ölənlər və yaralananlar var.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Rusiyanın “112” Teleqram kanalı yayıb.

Məlumata görə, tağım komandiri, baş çavuş hərbi hissədə RQD-5 qumbarasını partladıb.

Partlayışdan sonra yanğın baş verib, alov 450 kvadratmetr ərazini əhatə edib.

İnsident nəticəsində 3 hərbçi həlak olub, 16-sı yaralanıb, daha 8 əsgər isə itkin düşüb.

Partlayış və yanğınla bağlı cinayət işi açılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR