Ağ Ev ABŞ hava məkanına daxil olan və naməlum uçan obyekt (UNO) mübahisəsinə səbəb olan obyektlərlə bağlı açıqlama verib.
Bakıvaxtı.az xəbər verir ki, Ağ Evin sözçüsü Karine Jean-Pierre və Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Ağ Evdə keçirilən görüşdə başqa planetlərdən Yerə gələn cismin heç bir əlamətinin olmadığına əmin olduqlarını bildiriblər.
"Şimali Amerika üzərində müşahidə edilən UNO-ların bu yaxınlarda vurulmasında yadplanetlilərin fəaliyyətinə dair heç bir dəlil yoxdur. Bilirəm ki, bununla bağlı suallar və narahatlıqlar var, lakin yadplanetlilərə dair heç bir əlamət yoxdur", - Jean-Pierre bildirib.
Kirbi verdiyi açıqlamada qeyd edib ki, prezident Bayden vəzifəyə gələndə ABŞ kəşfiyyat cəmiyyətinə Çin kəşfiyyatının imkanlarını hərtərəfli qiymətləndirməyi, onları aşkar edib qorumağı tapşırıb:
"Etdiyimiz işlərin həssaslığına görə təfərrüatlara girə bilməyəcəyik, lakin biz müəyyən etdik ki, Çinin əvvəlki administrasiya dövründə hərbi əməliyyatları ilə bağlı kəşfiyyat məlumatı toplamaq üçün yüksək hündürlükdə casus şar proqramı var. Biz bunu öyrənmək üçün diqqətlə araşdırırıq".
Ay Tac
















