• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Rubl ucuzlaşdı

DÜNYA

14 Fevral 2023 | 15:04

Rubl ucuzlaşdı

Rusiya rublu ucuzlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya valyutası Moskva Birjasında ötən həftə baş verən qeyri-sabit ticarətdən və Aİ-nin yeni sanksiyaları gözləntilərindən sonra təxminən 9 ayın ən aşağı səviyyəsinə düşüb.

Rubl dünən ABŞ dollarına nisbətdə 73,68 rubla kimi ucuzlaşıb və iki gündür ki, aprelin sonundan bəri ən aşağı həddə çatıb.

Rusiya valyutasının dollara və avroya nisbətdə ucuzlaşmasına bir sıra digər maliyyə məhdudiyyətləri və neftin ucuzlaşması ilə bağlı gözləntilər səbəb olub. Analitiklər ixracatçıların vergi ödəmək üçün xarici valyutada olan gəlirlərini rubla çevirməyə başlayacağını və fevralın sonuna qədər rublun təzyiq altında qalacağını gözləyirlər.

Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi təklif etməyə hazırlaşır ki, bu da digər cəzalar arasında ölkənin ən böyük özəl kredit təşkilatı Alfa Bank da daxil olmaqla, dörd Rusiya bankını hədəf alacaq.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026