BMT-nin Baş katibi Antonio Quterreş “Taxıl sazişi”nin müddətinin uzadılmasına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, tviterdə yazıb.
Baş katib bildirib ki, Türkiyənin səxavəti və öhdəliyi olmasaydı, bu təşəbbüs heç vaxt baş tutmazdı: “İstanbul əlamətdar diplomatik nailiyyətin mərkəzi olaraq qalır”.
















