• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Türkiyə ilk dəfə səsdən sürətli raketin sınağını həyata keçirib - VİDEO

DÜNYA

17 Dekabr 2022 | 10:47 | Müəllif: Subhan Mahmudov

Türkiyə ilk dəfə səsdən sürətli raketin sınağını həyata keçirib - VİDEO

Türkiyədə ilk dəfə “Bayraktar Akıncı” pilotsuz uçuş təyyarəsindən ölkənin səsdən sürətli “hava-yer” tipli raketinin uğurla buraxılışı həyata keçirilib.

Bu barədə Bakıvaxtı.az “Roketsan” şirkətinə istinadən xəbər verir.

Qeyd olunub ki, “Roketsan” tərəfindən istehsal edilən Türkiyənin ilk səsdən sürətli “TRG-230-İHA” raketi 100 km məsafədən hədəfi uğurla vurub.

Şirkətin məlumatına görə, İstanbulun Çorlu şəhəri ətrafında yerləşən Baykar aerodromundan havaya qalxan pilotsuz təyyarədən raketin buraxılışı Qara dəniz sahilindəki Sinop şəhəri yaxınlığında 7,62 km yüksəklikdən həyata keçirilib.

Raketin uçuş məsafəsi 20 ilə 150 ​​km arasındadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026