• Bakı 18° C

    3.68 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Keçmiş deputat güllələndi - FOTO

DÜNYA

16 Yanvar 2023 | 09:31

Keçmiş deputat güllələndi - FOTO

Əfqanıstanın paytaxtı Kabulda ölkə parlamentinin keçmiş deputatı Mürsəl xanım Nəbizadə naməlum şəxslər tərəfindən güllənərək qətlə yetirilib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı yerli “Hast-e-Subh” qəzeti yayıb.

Bildirilib ki, o, Kabulun şərqində yaşadığı evin qarşısında gecə saatlarında qətlə yetirilib. “Taliban” hərəkatı Əfqanıstanda hakimiyyəti ələ keçirənədək Mürsəl Nəbizadə deputat olub.

İnformasiyaya əsasən, silahlı hücum nəticəsində keçmiş deputatın qardaşı da yaralanıb. Hadisənin səbəbi hələ ki məlum deyil.

Hadisəni Kabul Polis İdarəsinin katibi Xalid Zadran da təsdiqləyib. Onun sözlərinə görə, “Taliban” hökumətinin yerli təhlükəsizlik qüvvələri təhqiqat aparır. Hələ ki qətlin məsuliyyətinin heç bir təşkilat və ya qruplaşma üzərinə götürməyib.

Xatırladaq ki, “Taliban” qruplaşması 2020-ci ilin avqustunda hakimiyyəti ələ keçirib. O vaxtdan ölkədə dövlətin bütün seçkili orqanları, o cümlədən parlament fəaliyyətini dayandırıb.


Keçmiş deputat güllələndi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026