İndoneziyada zəlzələ olub.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, yerlatı təkan ölkənin Sumatra adasının şimalında yerləşən Aceh əyalətinin sahillərində qeydə alınıb.
6,2 bal gücündə baş verən zəlzələnin dərinliyi 37 kilometr olub.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi (BMKG) zəlzələdən sonra "sunami" xəbərdarlığı etməyib.
Zəlzələdə insan tələfatı və irimiqyaslı əmlak itkisi olmayıb.
İsmayıl Alısoy
















