• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Türkiyədə yük gəmisi batdı

DÜNYA

18 Sentyabr 2022 | 15:18

Türkiyədə yük gəmisi batdı

Türkiyənin Hatay vilayətində yük gəmisi batıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Hatayın İskenderun rayonunda baş verib.

Toqo bayrağı altında üzən “Sea Eagle” gəmisi yükünü boşaltmaq üçün yanaşdığı limanda su alaraq batıb. Gəmi heyəti qısa zamanda təxliyə edilib.

Təhlükəsizlik tədbirlərinin alındığı bölgədə gəmidəki konteynerlərin quruya çıxarılması işləri aparılır.

Hadisənin başvermə səbəbləri hələlik bəlli deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026