• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

DƏHŞƏTLİ HADİSƏ: İki məktəbli maraq xatirinə pensiyaçı qadını...

DÜNYA

18 Oktyabr 2022 | 15:13 | Müəllif: Subhan Mahmudov

DƏHŞƏTLİ HADİSƏ: İki məktəbli maraq xatirinə pensiyaçı qadını...

Rusiyada insanlığa sığmayan dəhşətli hadisə baş verib. Belə ki, iki yeniyetmə sadəcə maraq xatirinə küçədə qadını yandırıb. Faciə Sverdlovsk vilayətində qeydə alınıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 16 yaşlı Dmitri və 12 yaşlı Sergey (adlar şərtidir – red.) yolla gedən 59 yaşlı təqaüdçü qadınla “zarafat etmək” qərarına gəliblər. Onlar içərisində yanar maye olan butulkanı qadının üstünə töküblər, daha sonra isə Dmitri kibriti çəkərək onu yandırıb.

Qadın alovlara bürünəndə yeniyetmələr etdikləri dəhşəti başa düşüblər. Dərhal ona kömək etməyə çalışıblar. Belə ki, yaxınlıqdakı evlərin qapısını döyüb, ev sahiblərindən odu söndürmək üçün su istəməyiblər. Ancaq kömək gələndə artıq gec olub, pensiyaçı hadisə yerindəcə ölüb.

Dindirildikdən sonra yeniyetmələr hər şeyi etiraf ediblər.

Hadisə ilə bağlı istintaq başlanılıb.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026