• Bakı 18° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Kalın Türkiyə-Ermənistan münasibətlərindən DANIŞDI

DÜNYA

18 Oktyabr 2022 | 13:54

Kalın Türkiyə-Ermənistan münasibətlərindən DANIŞDI

"Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasında irəliləyiş var".

Bakıvaxtı.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

O xatırladıb ki, yay aylarında Türkiyə və Ermənistan liderləri arasında telefon danışığı olub.

İ.Kalın bildirib ki, Türkiyə Cənubi Qafqazda sabitlik istəyir: “Daha sonra isə liderlər Praqada görüşdülər. Münasibətlərin normallaşması istiqamətində irəliləyiş var. Ermənistan Baş naziri Nikol Paşinyan ölkə daxilindəki müxalif qüvvələrlə mübarizə apara bilər. Azərbaycan Prezidenti İlham Əliyevin səmimiyyəti və səyləri isə ortadadır”.

İ.Kalın vurğulayıb ki, erməni diasporu da bu mərhələdə diqqətli olmalıdır: "Nəzərə almaq lazımdır ki, əlaqələrin normallaşması ən çox Ermənstanın özünə lazımdır". /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026