Ermənistanda müxalif siyasətçi, Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazaryan hücuma məruz qalıb.
Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, naməlum şəxslər Kazaryanın evinin yaxınlığında ona hücum edərək döyüblər.
Kazaryan hadisədən sonra xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, Edqar Kazaryan “Müstəqillik hərəkatı”nın təsisçisi və lideri kimi tanınır.
















