• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Meymunçiçəyinə yoluxmada bu ölkə liderdir - SİYAHI

DÜNYA

19 Avqust 2022 | 14:23 | Müəllif: Subhan Mahmudov

Meymunçiçəyinə yoluxmada bu ölkə liderdir - SİYAHI

Xəstəliklərin profilaktikası və onlara nəzarət üzrə Avropa Mərkəzinin (ECDC) məlumatına görə, avqustun 16-na olan vəziyyətə görə Avropada meymunçiçəyi virusuna 19.429 yoluxma halı qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, İspaniya 5.719 yoluxma ilə meymunçiçəyinə yoluxmaların sayına görə Avropada liderdir. Onlardan təqribən 505 nəfərinin xəstəxanaya yatırılmağa ehtiyacı olub. Üç nəfər intensiv müalicə şöbəsinə yerləşdirilib, iki nəfər vəfat edib.

Siyahıda sonrakı yerləri Almaniya (3.187), Böyük Britaniya (3.055), Fransa (2.673), Niderland (1.029), Portuqaliya (770), İtaliya (662), Belçika (546), İsveçrə (387), Avstriya (210), İsrail (189), Danimarka (154), İsveç (130), İrlandiya (113), Polşa (104), Norveç (74), Macarıstan (62), Yunanıstan (49), Sloveniya (43), Lüksemburq (43), Çexiya (36), Rumıniya (32), Malta (30), Serbiya (23), Finlandiya (22), Xorvatiya (17), İslandiya (12), Slovakiya (10), Estoniya (9), Cəbəllütariq (6), Litva (5), Bolqarıstan (4), Andorra (4), Latviya (4), Bosniya və Herseqovina (3), Kipr (3), Monako (3), Qrenlandiya (2), Gürcüstan (1), Rusiya (1), Türkiyə (1), Monteneqro (1) və Moldova (1) tutur.

ECDC-nin məlumatına görə, Avropada meymunçiçəyinə yoluxma hallarının əksəriyyəti 31-40 yaş arası şəxslərin payına düşür.(medicina.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026