"Bəşər Əsəd ilk olaraq Rusiyanın Suriyadakı Hmeymim hərbi bazasına sığınıb. Daha sonra ruslara məxsus təyyarə ilə radarların görməyəcəyi şəkildə Moskvaya qaçıb".
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Fuad Abbasov deyib.
Ekspert bildirib ki, artıq Suriyada Əsəd ailəsinin 56 illik hakimiyyətinə son qoyuldu:
"Əlbəttə ki, burada Rusiya və İranın ciddi xarici siyasət boşluğu da meydana çıxır. Bu ölkələr uzun illərdir israrla apardıqları Suriya siyasətinə davam edə bilmədilər. Nəticə etibarilə İsrail İranı, Ukrayna Rusiyanı çökdürdüyü kimi Türkiyə də Suriyadakı Əsəd rejimini dəstəklədiyi qruplaşmalar vasitəsi ilə devirməyə nail oldi”.
Siyasi şərhçiyə görə, bu, ilk növbədə Türkiyənin xarici siyasətinin ciddi zəfəridir. Onun sözlərinə görə, Türkiyə Əsəd rejiminin devrilməsinə nail olduğu və prosesdə qalib tərəf olduğu üçün Suriya ilə arasındakı 911 km.lik sərhəddə təhlükəsizliyi tam təmin etmək hüququ da əldə edir:
“Eyni zamanda İdlib və Hələb şəhərləri üzərində ciddi təzyiq mexanizmlərinə də sahib oldu. Bu da Türkiyənin Yaxın Şərqdəki gücünü daha da artıracaq. İran və Rusiyanın başqa digər ölkələrlə qarşıdurmaya, müharibəyə qarışıb”.
Fuad Abbasov, siyasi şərhçi
Müsahibimiz hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin ABŞ-nin yeni prezidenti Donald Trampla gizli anlaşması var:
“Bu gizli anlaşmaya görə, Putin Suriyanı təhvil verir və müxalifət güclərinə təzyiq göstərməyib. Qarşılığında isə Ukraynada, ya Kurskda, yaxud Odessada hansısa üstünlük əldə edir".
Aydın Baxış