Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, dünən saat 21 radələrində Xırdalan-Saray yolunda minik avtomobili yolu keçən ər və arvadını vurub.
Nəticədə 1972-ci il təvəllüdlü Könül Novruz qızı Şeydayeva hadisə yerində dünyasını dəyişib. Onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Polad Şeydayev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisənin “VAZ” markalı avtomobil tərəfindən törədildiyi bildirilir.
Faktla bağlı Abşeron RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.