Münasibətə başlamazdan əvvəl həm qadınlar, həm də kişilər qarşılıqlı olaraq bir-birinin diqqətini çəkməyə çalışır. Lakin araşdırmalar onu göstərib ki, qadın beyni kişilərə nisbətən daha çox detallara önəm verir. Belə olan halda qadınlar daha diqqətli olur və onların diqqətini çəkmək bir o qədər də çətinləşir. Bəs qadınların kişilərdə fərq etdiyi xüsusiyyətlər hansılardır?
Bakıvaxtı.az xəbər verir ki, mütəxəssislər bu sahədə uzun müddət araşdırmalar aparıblar və 5 addımda qadınların kişilərdə diqqətini çəkən özəllikləri açıqlayıblar.
1- Geyim tərzi
Geyim tərzi qadınları təsirləndirmək üçün çox vacibdir. Bu səbəblə, kişilər geyim mövzusunda çox qabarıq görünənlərə üstünlük verməməlidir. Çünki əgər kişi paltarı ilə həddi aşarsa, bu, özünü həddən artıq önəmsədiyini və bir o qədər də loğva tip olduğunun göstəricisidir. Sadəlik və bir o qədər də təmizlik, zövqlü geyim nəinki qadınların diqqətini çəkmək, hətta ətrafa xoş aura bəxş edə bilər. Beləliklə, çevrənizdə diqqət mərkəzinə düşə bilərsiniz.
2- Çəkicilik
Qadınlar kişilərin nə qədər cazibədar olduğuna diqqət yetirirlər. Bir qadını heyran etmək və asanlıqla cazibədar görünmək istəyirsinizsə, sadəcə gülümsəyin. Gülüş ömürü uzadır. Siz gülüb pozitiv enerji ötürdükcə xanımlarla yanaşı dostlarınız da sizinlə zaman keçirtməyə meyilli olacaq. Lakin hər şeyin çoxu zərər olduğu kimi, gülüşün də çoxluğu qarşı tərəfdə qıcıqlıq hissi aşılaya bilər.
3- Özünə güvən
Qadınların kişilərdə diqqət yetirdiyi cəhətlərdən biri də özlərinə nə qədər arxayın olmalarıdır. Bununla belə, özümüzə inam və təkəbbür arasındakı incə xətti qaçırmamalıyıq. Özünüzə inanın, ancaq təkəbbürlü olmayın. Qadınlar özünə inanan, hisslərinə əmin olan, fikrində qəti olan kişilərə qarşı simpatiya bəsləyirlər.
4- Davranış və münasibət
Qadınlar istənilən kişinin davranışına diqqət yetirirlər. Bu səbəbdən, xüsusən də bir qadını təsirləndirməyə çalışırsınızsa, ona hörmət etdiyinizi açıq şəkildə bildirin. Kobud və sərt davranışalr sərgiləməyin. Həmçinin bir o qədər də nazik davranmayın. Çünki nazik və incə davranış qadına məxsus xarakterdir. Siz ortamlarda özünüzü sərbəst və olduğunuz kimi aparın.
5- Özünə qulluq
Bəzi kişilər üçün zaman-zaman gigiyena vacib olmaya bilər. Lakin qadınlar bu mövzuda çox daha diqqətli olurlar. Çünki baxımlı olsanız, nə qədər olmasa da insanlar təraş etdiyinizi, dırnaqlarınızı kəsdiyinizi və dezodorantdan istifadə etdiyinizi görəcəklər. Bu səbəbdən qarşı tərəfə müəyyən aspektdə təsir göstərmək üçün baxımlı olmaqda fayda var.
Xəyalə Rza
















