• Bakı 14° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Su anbarından meyit tapıldı - YENİLƏNİB

CƏMİYYƏT

21 Oktyabr 2023 | 19:14

Su anbarından meyit tapıldı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Şahbuzda su anbarında meyit tapılması barədə məlumat yayıb.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının FHN-nin "112" qaynar telefon xəttinə Şahbuz rayonunda su anbarının çətin keçilən dağlıq ərazidəki sahilində aşkarlanan kişi meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit qayıq vasitəsilə su anbarının digər sahilinə gətirilərək aidiyyəti üzrə təhvil verilib.

 

17:20

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şahbuz rayonu ərazisində yerləşən Heydər Əliyev su anbarında insan meyidi aşkarlanması, nəqliyyat yolu olmadığı üçün köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

Qeyd olunub ki, Dərhal hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Şahbuz şəhər sakini 20.01.1964-cü il təvəllüdlü Hüseynov Mahir Musa oğluna aid meyit xidmətin sularda xilasetmə bölməsinin dalğıc-xilasediciləri tərəfindən qayıq vasitəsilə su anbarının nəqliyyat vasitəsinin yaxınlaşa biləcəyi sahilinə keçirilib və aidiyyatı üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026