• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

DSX məlumat yaydı: Azərbaycan-İran sərhəddində ƏMƏLİYYAT - FOTO

CƏMİYYƏT

20 Noyabr 2023 | 17:00

DSX məlumat yaydı: Azərbaycan-İran sərhəddində ƏMƏLİYYAT - FOTO

Noyabr ayının 17-də saat 23 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Gövüzbulaq kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 18 kiloqram 710 qram narkotik vasitə (18 kq 300 qr marixuana, 150 qr metamfetamin, 260 qr heroin) və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 3 607 ədəd metadon (M-40) həbi aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


SON XƏBƏRLƏR

26 Iyul 2024