• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Psixiatriya Xəstəxanasının şöbə müdirinə HÖKM OXUNDU

CƏMİYYƏT

20 Dekabr 2023 | 15:35

Psixiatriya Xəstəxanasının şöbə müdirinə HÖKM OXUNDU

Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin şöbə müdiri Hüseyn Seyidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Hüseyn Seyidov 8 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror təqsirləndirilən şəxsin 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Hüseyn Seyidov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə saxlanılıb. Onun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Hüseyn Seyidovun barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham elan edilib.

Təqsirləndirilən Hüseyn Seyidov məhkəmədə xəstə yaxınları tərəfindən ona hörmət əlaməti olaraq pul verildiyinu və verilən pulu baş həkimlə böldüyünü deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026