• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Türkiyə İsveçə "yaşıl işıq" yandıracaq? -  Aktual

CƏMİYYƏT

20 Dekabr 2023 | 16:35

Türkiyə İsveçə "yaşıl işıq" yandıracaq? - Aktual

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, Dövlət Departamenti Türkiyəyə F-16 təyyarələrinin satışına etiraz etmir. Miller bildirib ki, Vaşinqton F-16-ların Türkiyəyə satışını dəstəkləyir: "Ancaq Konqresdə satışın yalnız Türkiyənin İsveçin NATO-ya daxil olmasını təsdiqlədiyi təqdirdə mümkün olacağına qərar verən insanlar var. Biz də Türkiyəni bunu mümkün qədər tez etməyə çağırırıq".

Politoloq Əhəd Məmmədli Bakıvaxtı.az-a açıqlamasında xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Macarıstana bir günlük səfəri oldu və macar həmkarı Orbanla, həmçinin baş nazirlə görüşdü. 

Ekspert deyib ki, İsveçin NATO-ya üzvlük məsələsində iki ölkə - Türkiyə və Macarıstan veto hüququndan istifadə edirlər: 

"Bu iki ölkə İsveçi NATO-ya buraxmır. ABŞ F16 məsələsinin suyunu çox çıxartdı. Artıq F16-dan daha çox müasir qırıcılardan - F35-lərdən söhbət gedir. Türkiyənin silah səneyisi inkişaf etməkdədir. Yəqin ki, F16-lara, həmçinin F35-lərə alternativlər axtarılır. Bəlkə də artıq tapıblar. Yeni qırıcılar Türkiyə istehsalı da ola bilər, yaxud Rusiya və Çin bazarından əldə edilmiş hərbi təyyarələr ola bilər. Türkiyə başqa ölkələrin qırıcıları ilə də maraqlanır. Ona görə də düşünmürəm ki, artıq F16 məsələsi Türkiyə üçün ölüm-dirim məsələsidir. ABŞ isə İsveçin hərbi alyansa üzvlüyünə görə, Türkiyə ilə açıq siyasi alver edir. Türkiyə öz milli maraqlarına uyğun addımlar atır. Əgər maraqlarına uyğun olacaqsa, İsveçə "yaşıl işıq" yandıracaq, əks halda buna icazə verməyəcək".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR