• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Banklar müştərilər hesabına gəlirlərini artırmağa çalışır - Deputatdan İRAD

CƏMİYYƏT

20 Noyabr 2023 | 16:41

Banklar müştərilər hesabına gəlirlərini artırmağa çalışır - Deputatdan İRAD

“Bank sektorunda xərclərin optimallaşması və artmağının qarşısının alınmasına ehtiyac var”.

Bunu Bakıvaxtı.az-a iqtisadçı millət vəkili Vüqar Bayramov son günlər banklarla bağlı yayılan xəbərlərin insanlar arasında narahatlığa səbəb olmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, həm Milli Məclis, həm də mətbuata təqdim etdikləri kimi, gələn aydan etibarən SMS xəbərdarlıq xidmətində 2.5 dəfə artım olacaq.

Deputat qeyd edib ki, xüsusən MilliÖn daxil olmaqla, bir sıra ödəmə terminallarında vəsaitin ödənilməsində yeni komissiyalar müəyyənləşdirilib: “Bu, vəsaitlərin limitləşdirilməsi ilə həyata keçir. Xidmət haqlarının artırılması arzuolunan deyil. Bu istiqamətdə Mərkəzi Bank tərəfindən sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.

V.Bayramova görə, reallıq bundan ibarətdir ki, banklar müştərilər hesabına gəlirlərini artırmağa çalışırlar: “Xüsusən bəzi tariflər üzrə artımlar süni xarakter daşıyır. Ona görə də, Mərkəzi Bankın bu istiqamətdə daha fəal şəkildə intervensiyasına ehtiyac var”.

Qeyd edək ki, yayılan məlumatlara görə, bir neçə gümdür, bəzi bank ödəniş terminalları ilə balans artımına komissiya tətbiq etməyə və ya komissiyanı artırmağa başlayıb. Halbuki ötən həftə Milli Məclisdə çıxış edən Mərkəzi Bankın sədri insanların banklara güvənərək daha çox əmanət həvalə etmələri üçün işlər görülməli olduğunu vurğulamışdı.

Aytac Aslan


SON XƏBƏRLƏR