• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Daha 91 nəfər Zabuxa döndü - YENİLƏNİB

CƏMİYYƏT

20 Noyabr 2023 | 16:45

Daha 91 nəfər Zabuxa döndü - YENİLƏNİB

Bu gün Laçının Zabux kəndinə qayıdan daha 25 ailəyə evlərin açarları təqdim olunub.

Bakıvaxtı.az xəbər verir ki, növbəti köç karvanı Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər.

***

08:27

Bu gün Laçın rayonunun Zabux kəndinə daha 25 ailə (91 nəfər) yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, noyabrın 20-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Zabux sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Beləliklə bugünkü köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə 96 ailə (382 nəfər) köçürülüb.


SON XƏBƏRLƏR

26 Iyul 2024