• Bakı 24° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.8727

    RUB - 0.0186

Azərbaycan OECD ilə vergitutma sahəsində Konvensiya imzaladı

CƏMİYYƏT

20 Noyabr 2023 | 18:28

Azərbaycan OECD ilə vergitutma sahəsində Konvensiya imzaladı

Bu gün Azərbaycan İqtisadiyyat Nazirliyində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) nümayəndələri ilə keçirilən görüş çərçivəsində “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”sı imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"100-dən çox ölkənin imzaladığı bu Konvensiyaya tərəfdar çıxmaqla ölkəmizin qlobal səviyyədə vergidən yayınmanın qarşısının alınması prosesinə öz töhfəsini vermək niyyətini bir daha vurğuladıq, OECD ilə ikitərəfli əməkdaşlığın perspektivləri və potensial tərəfdaşlıq istiqamətləri barədə fikirlərimizi bölüşdük", - nazir qeyd edib.


SON XƏBƏRLƏR

12 Sentyabr 2024