• Bakı 24° C

    13.94 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Qanunsuz ov edənlər saxlanıldı

CƏMİYYƏT

20 Noyabr 2023 | 16:47

Qanunsuz ov edənlər saxlanıldı

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, həmin şəxsdən qanunsuz olaraq ovladığı ov quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində keçirilən nəzarət tədbirləri nəticəsində 4 rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkarlanıb.
Faktlarla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.


SON XƏBƏRLƏR

03 Iyul 2025