• Bakı 20° C

    11.22 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

AZAL “yaş lizinq” müqaviləsinin səbəblərini AÇIQLADI

CƏMİYYƏT

20 Noyabr 2023 | 18:24

AZAL “yaş lizinq” müqaviləsinin səbəblərini AÇIQLADI

Məlum olduğu kimi, Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) “AirHub Airlines” və “GetJet Airlines” aviaşirkətləri ilə üç təyyarənin icarəyə götürülməsinə dair “yaş lizinq" sazişi imzalayıb.

Bu əməkdaşlıq AZAL-a genişləndirilmiş marşrut şəbəkəsi çərçivəsində rahat uçuşlar həyata keçirməyə və sərnişinləri əlavə reys seçimləri ilə təmin etməyə imkan verir.

Bakıvaxtı.az xəbər verir ki, AZAL bu addımı insanların səyahətə artan tələbatını nəzərə alaraq atıb.

Mülki aviasiya sahəsində beynəlxalq təcrübədə geniş istifadə olunan “yaş lizinq" sazişi çərçivəsində hava gəmilərinin icarəsi və digər xidmətlərlə yanaşı, uçuş heyətinin təminatı da nəzərdə tutulur. Əməkdaşlıq çərçivəsində icarəyə götürülən təyyarələr sərnişinləri rahat və təhlükəsiz uçuş imkanı ilə təmin edir.

İcarəyə götürülən təyyarələrdəki xarici uçuş heyəti ilə bağlı aviaşirkət qeyd edir ki, yarana biləcək dil maneələrini aradan qaldırmaq üçün icarəyə götürülən təyyarələrdə əcnəbi heyətlə yanaşı, hər uçuşda AZAL-ın öz təyyarə bələdçiləri də mövcuddur. Həmçinin aviaşirkət bildirir ki, uçuşdan öncə və uçuş zamanı səsləndirilən bütün məlumatlar ilk növbədə Azərbaycan dilində səsləndirilir.

Qeyd edək ki, “GetJet Airlines” və “AirHub Airlines” tərəfindən icarə üçün təqdim olunan lizinq təyyarələri təhlükəsiz və etibarlı uçuşları təmin edən yüksək beynəlxalq aviasiya standartlarına cavab verir.


SON XƏBƏRLƏR

22 Aprel 2024