• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Naxçıvanda dağlıq ərazidə meyit tapıldı

CƏMİYYƏT

21 Oktyabr 2023 | 20:57

Naxçıvanda dağlıq ərazidə meyit tapıldı

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şahbuz rayonunda su anbarının çətin keçilən dağlıq ərazidəki sahilində aşkarlanan kişi meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, müraciətlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit qayıq vasitəsilə su anbarının digər sahilinə gətirilərək aidiyyəti üzrə təhvil verilib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026