Azərbaycanın Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təklifi dəstəklənib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Bakıda keçirilən konfransının bəyannaməsində qeyd olunub.
“Biz Qoşulmama Hərəkatı Qadınlar Platformasının yaradılması təklifini nəzərə alırıq və Qoşulmama Hərəkatının Koordinasiya Bürosu vasitəsilə bu təşəbbüsü, o cümlədən onunla bağlı iş üsullarını müzakirə edirik”, - deyə bəyannamənin 11-ci bəndində qeyd edilib.