• Bakı 26° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Qafan-İrəvan reysi baş tutmadı

DÜNYA

25 Avqust 2023 | 11:30

Qafan-İrəvan reysi baş tutmadı

Bu gün reallaşmalı olan Qafan-İrəvan reysi baş tutmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat verilib.

Qeyd olunur ki, İrəvandan təyyarə gəlmədiyi üçün Qafan-İrəvan reysinin bu gün həyata keçirilməsi mümkün olmayıb.

Reyslə uçacaq sərnişinlər İrəvana getmək üçün taksidən və ya öz şəxsi avtomobillərindən istifadə etməli olublar.

Xatırladaq ki, Ermənistan hökuməti bu həftənin əvvəlindən İrəvandan Azərbaycanla həmsərhəd olan Qafan şəhərinə müntəzəm reyslərin həyata keçirilməsinə başlanıldığını bildirib.

Bakı isə buna etiraz edib və Qafan aeroportu sərhədə çox yaxın yerləşdiyi üçün Ermənistanın bu qərarını Azərbaycanla razılaşdırmalı olduğunu vurğulayıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026