• Bakı 26° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.9685

    RUB - 2.3446

"Qalatasaray" bu futbolçunu satdı

İDMAN

17 Iyun 2026 | 09:27

Qalatasaray bu futbolçunu satdı

"Qalatasaray"ın yarımmüdafiəçisi Nikolo Zaniolo karyerasını İtaliya A seriyasında davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, "Udineze" ötən mövsüm komandada icarə əsasında çıxış edən 26 yaşlı futbolçunun müqaviləsindəki satınalma bəndini aktivləşdirərək onun transfer hüquqlarına tam sahib olub.

Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. Zaniolo ilə 2029-cu ilin yayına qədər rəsmi müqavilə imzalanıb.

"Udineze" bu keçid üçün İstanbul təmsilçisinə 5 milyon avro ödəyəcək. Razılaşmanın xüsusi bəndinə əsasən, italiyalı yarımmüdafiəçinin növbəti satışından əldə olunacaq gəlirin 50 faizi də məhz "Qalatasaray"ın büdcəsinə köçürüləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyun 2026