• Bakı 15° C

    11.72 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

"Qalatasaray"ın futbolçusu "Spartak"a keçməkdən imtina etdi

İDMAN

12 Avqust 2025 | 09:40

Qalatasarayın futbolçusu Spartaka keçməkdən imtina etdi

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Karlos Kuesta Rusiya təmsilçisi "Spartak"a keçməkdən imtina edib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi Braziliyanın "Vasko da Qama" komandasına keçməyə çox yaxındır.

A Seriyası təmsilçisi oyunçu ilə anlaşıb. Klub transferi başa çatdırmaq üçün "sarı-qırmızılar"la danışıqlar aparır.

Qeyd edək ki, Karlos Kuesta cari ilin fevralında "Qalatasaray"a keçib. O, bu müddətdə bütün turnirlərdə cəmi 9 qarşılaşmaya çıxıb.


SON XƏBƏRLƏR

26 Sentyabr 2025