• Bakı 15° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Qanunsuz tikintilərin qarşısı alındı - VİDEO

CƏMİYYƏT

01 Avqust 2023 | 12:42

Qanunsuz tikintilərin qarşısı alındı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, Masallı şəhərinin Heydər Əliyev prospektində “Sirr-M” MMC-yə məxsus yaşayış binasının, Səməd Vurğun küçəsində şadlıq sarayının, Digah yaşayış massivi və rayonun Ləngan kəndində ticarət obyektlərinin müvafiq qurumlarla razılaşdırılmadan qanunsuz tikintisi faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər nəzarətə götürülüb.


Qanunsuz tikintilərin qarşısı alındı - VİDEOQanunsuz tikintilərin qarşısı alındı - VİDEOQanunsuz tikintilərin qarşısı alındı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR