Xəbər verdiyimiz kimi, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələri açıqlanıb.
Bakıvaxtı.az-ın məlumatına görə,Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə canını fəda edən igid tabor komandirimiz polkovnik-leytenant Nail Orucovun həyat yoldaşı Nigar xanım və oğlu Əlihəsən onun ruhunu şad ediblər. Belə ki, onlar tələbə adını qazanıblar.
Sosial şəbəkədə yer alan məlumatlara görə, şəhidin oğlu Əlihəsən Orucov Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sənaye mühəndisliyi ixtisasına, həyat yoldaşı Nigar Ağamalıyeva isə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub.
















