• Bakı 25° C

    19.95 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

“Google Chrome”da boşluq tapıldı

CƏMİYYƏT

30 Sentyabr 2023 | 10:05

“Google Chrome”da boşluq tapıldı

“Google Chrome” brauzerində boşluq (CVE-2023-5217) aşkar olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Boşluq açıq mənbəli “Libvpx” kitabxanasının “VP8” kodlaşdırmasındakı bufer daşması zəifliyindən qaynaqlanır.

Boşluq kiberdələduza ixtiyari kodu icra etmək, fərdi məlumatları ələ keçirmək, dəyişdirmək və silmək imkanı verir.

İstifadəçilərə “Google Chrome” brauzerini ən son versiyaya yeniləmələri tövsiyə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026