• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Qarabağ” azarkeşləri Yunanıstanda hücuma məruz qaldı - VİDEO

İDMAN

06 Oktyabr 2022 | 23:08 | Müəllif: Subhan Mahmudov

“Qarabağ” azarkeşləri Yunanıstanda hücuma məruz qaldı - VİDEO

Yunanıstanda “Olimpiakos”la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununu izləmək üçün stadiona gələn “Qarabağ” azarkeşləri hücuma məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin “Report”a verdiyi məlumata görə, 20 yaxın tərəfdar yerli fanatların təzyiqi ilə üzləşib.

Yalnız polsilərin müdaxiləsindən sonra azarkeşlərin təhlükəsizliyi təmin olunub. İnsidentin qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edilib.

“Qarabağ”ın məsələyə qarışmasından sonra isə tərəfdarlar daha təhlükəsiz sektora keçirilib.

Qeyd edək ki, “Georgios Karaiskakis” stadionunda oynanılacaq “Olimpiakos” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026