• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Premyer Liqa: "Şamaxı" mövsümdə ilk qələbəsini qazanıb

İDMAN

04 Noyabr 2022 | 16:59

Premyer Liqa: "Şamaxı" mövsümdə ilk qələbəsini qazanıb

"Şamaxı" futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə ilk qələbəsini qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, Vüqar Əsgərlinin baş məşqçi olduğu komanda XIII turda səfərdə "Turan Tovuz"la üz-üzə gəlib.

Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Şamaxı klubunun qollarına 17-ci dəqiqədə Kamran Quliyev, 42-ci dəqiqədə Rauf Hüseynli, 51-ci dəqiqədə Fuad Bayramov imza atıb.

Tovuz təmsilçisinin yeganə qolunu 33-cü dəqiqədə Runi Eva penaltidən vurub.

Bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran "Şamaxı" 9-cu pillədə qərarlaşıb. Meydan sahibləri 15 xalla 6-cı sıradadır.

Qeyd edək ki, XIII turun "Qəbələ" - "Zirə" və "Sumqayıt" - "Neftçi" görüşləri noyabrın 5-də, "Səbail" - "Sabah" və "Qarabağ" - "Kəpəz" matçları isə noyabrın 6-da baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026