• Bakı 18° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi

İDMAN

03 Dekabr 2022 | 19:07

“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XVI turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, günün ikinci matçında “Sabah” “Şamaxı”nı qəbul edib.

Görüşdə hesabı meydan sahibləri açıblar. Qarşılaşmanın 2-ci dəqiqəsində Kristian Sebalyos erkən qolla “Sabah”ı hesabda önə çıxarıb. Lakin ispaniyalı futbolçu 25-ci dəqiqədə rəqibi vurduğu üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

İlk hissə bu hesabla yekunlaşıb.

Görüşün 75-ci dəqiqəsində meydandakı futbolçuların sayı bərabərləşib. Bu dəfə “Şamaxı”nın müdafiəçisi Elçin Mustafayev rəqibə qarşı kobud oynadığı üçün qırmızı vərəqə ilə cəzalandırılıb.

“Şamaxı” 88-ci dəqiqədə məğlubiyyətdən qurtula bilib. Fuad Bayramov bərabərlik qolunu vurub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Bu nəticə ilə xallarının sayını 39-a çatdıran “Sabah” lider “Qarabağ”dan 5 xal geri qalır. “Şamaxı” isə 12 xalla 7-cidir.

Qeyd edək ki, turun ilk iki oyununda dünən “Qarabağ” “Neftçi”ni 4:0, bu gün “Qəbələ” “Səbail”i 2:1 hesabı ilə məğlub edib.

Tura dekabrın 4-də “Kəpəz” – “Sumqayıt” və “Zirə” – “Turan Tovuz” matçları ilə yekun vurulacaq.


SON XƏBƏRLƏR

26 Aprel 2024