• Bakı 10° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Rafael Nadal 20 il sonra bunu da etdi 

İDMAN

02 Yanvar 2023 | 17:02

Rafael Nadal 20 il sonra bunu da etdi

İspaniyalı tennisçi, Böyük Dəbilqə turnirlərinin 22 qat qalibi, dünyanın ikinci raketkası Rafael Nadal 20 il sonra öz antirekordunu təkrarlayıb.

Bakıvaxtı.az xəbər verir ki, əfsanəvi idmançı bu gün Avstraliyada baş tutan “United Cup” komanda turnirində yerli tennisçi Aleks de Minora uduzub (6:3, 1:6, 5:7).

Bu məğlubiyyət Nadal üçün son yeddi matçda altıncı belə uğursuzluq olub. İspaniyalı antirekorda gedən seriyada De Minorla yanaşı, Fransis Tiafo, Tommi Paul, Teylor Fritz, Feliks Auger-Aliassime və Kemeron Norriye ilə bacarmayıb.

Qeyd edək ki, Nadal sonuncu dəfə təxminən 20 il əvvəl - 2003-2004-cü illərdə keçirdiyi 7 matçda Rodolfo Kadarı məğlub edərək Yunes El Aynaoui, Riçard Qaske, Dominik Hrbati, Aleks Korretca, Felisiano Lopez və Tyerri Asyona uduzub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR