• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Laval “Neftçi”dən ayrılmasının səbəbini açıqladı

İDMAN

01 Fevral 2023 | 10:32

Laval “Neftçi”dən ayrılmasının səbəbini açıqladı

Qış fasiləsində “Neftçi”dən Portuqaliyanın “Aruka” klubuna transfer olunan Yusuf Laval seçiminin səbəbini açıqlayıb.

Bakıvaxtı.az  “africafootunited.com” saytına istinadən xəbər verir ki, nigeriyalı futbolçu daha böyük uğurlar qazanmaq üçün bu addımı atdığını bildirib.

Portuqaliyalıların “Obaqol” ləqəbi ilə çağırdığı 25 yaşlı hücumçu “Aruka”nın heyətində parlaq çıxış edəcəyinə inandığını söyləyib: “Aruka”nı seçdim, çünki azarkeşlərlə çox sıx əlaqəyə malik gözəl klubdur. Komandanın mümkün olan ən yüksək uğuru qazanmasına kömək etmək istəyirəm. Əlimdən gələni edəcəyəm və yaxşı nəticələr üçün mübarizə aparacağam. Burada böyük uğurlar qazanmağı hədəfləyirəm”.

Qeyd edək ki, Yusuf Laval 2020-2022-ci illərdə “Neftçi”nin formasını geyinib. Hücumçunun hazırkı komandası “Aruka” Portuqaliya yüksək liqasında 18 turdan sonra 26 xalla 7-ci pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026