• Bakı 21° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Şuşa klubu "Neftçi"ni darmadağın etdi

İDMAN

31 Yanvar 2023 | 20:24 | Müəllif: Subhan Mahmudov

Şuşa klubu "Neftçi"ni darmadağın etdi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turdan təxirə salınan oyun keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Voleybol Mərkəzində “Neftçi” və “Xarı bülbül” komandaları üz-üzə gəliblər. Görüş Şuşa klubunun 3:0 (25:21, 25:23, 25:20) hesablı qələbəsi ilə yekunlaşıb.

Turun və I dövrənin son matçından sonra “Murov” 9 xalla turnir cədvəlinə liderlik edir. "Xarı bülbül” 6 xalla 2-ci, hesabında 3 xalı olan “Neftçi” 3-cü, xalı olmayan MOİK isə sonuncu pilləni tutur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR