• Bakı 12° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Binadan yıxılan futbolçunu qatar vurub öldürdü

İDMAN

01 Mart 2023 | 23:10 | Müəllif: Subhan Mahmudov

Binadan yıxılan futbolçunu qatar vurub öldürdü

"Albasete"nin və "Ovyedo"nun keçmiş futbolçusu Pelayo qatarın vurması nəticəsində dünyasını dəyişib.

Bakıvaxtı.az bildirir ki, hadisə yerinə gələn təcili xidmət əməkdaşları onun həyatını xilas etmək üçün heç nə edə bilməyib.

İş polis tərəfindən araşdırılacaq. Qeyd olunur ki, 8 ay əvvəl 32 yaşlı keçmiş futbolçu ailə həyatı qurub.

İdmançı qəza nəticəsində 2018-ci ildə karyerasını bitirmək məcburiyyətində qalıb. O, telefonla danışarkən 3-cü mərtəbədən yıxılmışdı.

Pelayo çoxsaylı sınıqlar alıb və əlil olub. Bununla belə, idmanla məşğul olmağa davam edərək, əlil arabasında tennis oynamağa başlayıb./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026