• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycanı dünya çempionatında dörd sablyaçı təmsil edəcək

İDMAN

31 Mart 2023 | 20:05

Azərbaycanı dünya çempionatında dörd sablyaçı təmsil edəcək

Aprelin 1-də Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənclər arasında dünya çempionatına start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, yarışda Azərbaycanı dörd qılıncoynadan təmsil edəcək.

İlk gündə sablya üzrə oğlan və qızlar arasında şəxsi yarışda qaliblər müəyyənləşəcək. Qızların mübarizəsində Zərifə Hüseynova qüvvəsini sınayacaq.

Oğlanlardan isə Maqsud Hüseynli, Saleh Məmmədov və Murad Əkbərov mübarizə aparacaqlar.

Qeyd edək ki, dünya çempionatına aprelin 9-da yekun vurulacaq.


SON XƏBƏRLƏR

26 Iyul 2024