• Bakı 17° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Azərbaycan İrəvandakı çempionatda iştirak edəcək? - YENİLƏNİB

İDMAN

31 Mart 2023 | 16:19

Azərbaycan İrəvandakı çempionatda iştirak edəcək? - YENİLƏNİB

Azərbaycan Ağır Atletika Federasiyası Azərbaycan ağır atletika yığmasının İrəvanda keçiriləcək Avropa çempionatında iştirakının təsdiqlənməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Bakıvaxtı.az xəbər verir ki, Federasiyadan verilən məlumata görə, Azərbaycan hələ iştirakını təsdiq etməyib.

Qeyd edilib ki, Azərbaycan Ağır Atletika Federasiyası olaraq Avropa Ağır Atletika Federasiyası və Beynəlxalq Ağır Atletika Federasiyasına təhlükəsizlik tədbirəri ilə bağlı zəmanət məktubunun alınması ilə bağlı müraciət etmişik. Ancaq hələ də müraciətə cavab verilməyib. Bu səbəbdən də Azərbaycan iştirakını rəsmi təsdiq etmiş sayılmır. Rəsmi təsdiq üçün son tarix 11 apreldir. /Trend

 

15:40

Azərbaycan İrəvanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatında iştirakını rəsmən təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan tərəfinə bildirilib.

Ağır atletika üzrə beynəlxalq dərəcəli hakim Arayik Alaverdyanın sözlərinə görə, Azərbaycan tərəfi idmançılarının təhlükəsizliyinin tam təmin edilməsini tələb edib. 

Qeyd edək ki, İrəvanda keçiriləcək çempionatda Azərbaycanı 5 ağır atletimiz təmsil edəcək. 


SON XƏBƏRLƏR