• Bakı 12° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Superliqa FIFA və UEFA-ya qalib gəldi

İDMAN

31 Yanvar 2023 | 16:52

Superliqa FIFA və UEFA-ya qalib gəldi

Avropa Super Liqası ideyasının yaradıcıları olan İspaniyanın "Real Madrid", "Barselona" və İtaliyanın "Yuventus" klubları məhkəmədə FIFA və UEFA-ya qalib gəliblər.

Bakıvaxtı.az  xəbər verir ki, sözügedən klubların apellyasiya şikayəti təmin olunub. Qərara əsasən, Avropa və ali futbol qurumu layihəni həyata keçirmək istəyən təşkilatçılara qarşı hər hansı sanksiya tətbiq edə bilməz.

Həmçinin, məhkəmə yalnız elit komandalardan ibarət başqa liqa yaratmaq istəyən klublara hüquq verib.

Qeyd edək ki, "Barselona", "Real Madrid" və "Yuventus"un təsis etdiyi Superliqada İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Atletiko", İtaliyanın "Milan" və "İnter" komandaları da iştirakını təsdiqləmişdi. Lakin sonradan 9 klub layihədən imtina edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026