• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Kəpəz"in Antalyadakı rəqibləri MƏLUM OLDU

İDMAN

02 Yanvar 2023 | 14:45

"Kəpəz"in Antalyadakı rəqibləri MƏLUM OLDU

Qış təlim-məşq toplanışını Antalyada keçirəcək “Kəpəz”in yoxlama oyunlarında qarşılaşacağı rəqiblər müəyyənləşib.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 14-də keçiriləcək ilk görüşdə “sarı-göylər” Macarıstanın “MTK Budapeşt” kollektivi ilə üz-üzə gələcəklər.

Tərlan Əhmədovun komandası yanvarın 16-da Serbiyanın “Novi Pazar” klubu ilə qarşılaşacaq.

Ayın 18-də reallaşacaq son matçda isə rəqib Qazaxıstanın “Kaysar” komandası olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR