• Bakı 27° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Azərbaycan millisinin hücumçusunun burnu sınıb

İDMAN

04 Dekabr 2022 | 12:47

Azərbaycan millisinin hücumçusunun burnu sınıb

Azərbaycan millisinin və Almaniya "Şalke"sinin U-23 komandasının futbolçusu Rüfət Dadaşovun burnu sınıb.

Bakıvaxtı.az xəbər verir ki, 31 yaşlı hücumçu bu səbəbdən artıq 2-ci oyundur meydana qoruyucu maska ilə çıxır.

Qərb Regional Liqasında "Köln"ün müvafiq yaş qrupundan ibarət komandası ilə XIX matçında (5:0) fərqlənən təcrübəli forvard maska ilə oynamağın çətin olduğunu bildirib: "Bəzi ötürmələri çox gec görürəm. Sevindirici haldır ki, qarşıda bizi fasilə gözləyir. Ümud edirəm ki, yeni ildən maskasız oynaya biləcəyəm".

Qeyd edək ki, Rüfət Dadaşov cari mövsüm "Şalke"nin heyətində 7 qol vurub.


SON XƏBƏRLƏR

07 Iyul 2025