• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Braziliya Pele ilə vidalaşır - YENİLƏNİB + VİDEO

İDMAN

02 Yanvar 2023 | 20:00 | Müəllif: Subhan Mahmudov

Braziliya Pele ilə vidalaşır - YENİLƏNİB + VİDEO

Braziliyanın “Santos” futbol klubunun stadionunda əfsanəvi futbolçu Pele ilə vida mərasimi keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, mərasimdən “Globo” portalı canlı yayım edib. 

Futbolçu ilə vidalaşmağa gələnlər arasında ailə üzvləri ilə yanaşı idmançılar, hökumət rəsmiləri, həmçinin FİFA prezidenti Canni İnfantino da var. 

 

***18:55

Əfsanəvi futbolçu Pelenin tabutu vida mərasiminin təşkil olunacağı “Santos” futbol klubunun stadionuna aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə keçmiş futbolçunun oğlu Edson Çolbi du Nasimento məlumat verib.

Qeyd edək ki, futbolçu karyerasının çox hissəsini “Santos” klubunda keçirib.

Öz növbəsində azarkeşlər bayraqlarla Santos şəhərinin küçələrinə çıxaraq cənazə maşınını qarşılayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026