• Bakı 10° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

“Liverpul” məğlub oldu

İDMAN

03 Yanvar 2023 | 00:15 | Müəllif: Subhan Mahmudov

“Liverpul” məğlub oldu

Yanvarın 2-də futbol üzrə İngiltrə Premyer Liqasında növbəti turunun bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, “Liverpul” klubu səfərdə “Brentford”la qarşılaşıb.

Oyunun favoriti “Liverpul” olsa da, Yürgen Kloppun yetirmələri ümidləri doğrultmayıb. Meydan sahibləri görüşdən 3:1 hesablı qələbə ilə ayrılıblar. “Brentford”un qollarına Konate (öz qapısına), Vissa və Mbeumo imza atıblar. “Liverpul”un yeganəı qolunu isə Aleks Oksleyd Çemberleyn vurub.

Beləliklə, bu mövsüm 17 oyunda 5-ci məğlubiyyətini alan “Liverpul” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Mersisaydlıların hesabında 28 xal var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026